Avarçəkənlərimiz Litvada keçiriləcək beynəlxalq reqatada iştirak edəcəklər - FOTO

22 İyun 2026 13:08
105
Avarçəkənlərimiz Litvada keçiriləcək beynəlxalq reqatada iştirak edəcəklər - FOTO

Azərbaycan avarçəkənləri Litvada keçiriləcək akademik avarçəkmə üzrə 64-cü “Amber Oars” beynəlxalq reqatasında iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, Azərbaycanı turnirdə beş idmançı - Ziya Məmmədzadə, Nurlan Paşayev, Azər İlyasov, İsabala Dadaşzadə və Murad Abbaslı təmsil edəcəklər.

Komanda yarışa baş məşqçi Volodimir Morozovun rəhbərliyi ilə yollanacaq.

Qeyd edək ki, iyunun 26-28-də Litvanın Trakay şəhərində təşkil olunacaq “Amber Oars” beynəlxalq reqatası avarçəkmə üzrə ənənəvi beynəlxalq yarışlardan biri hesab olunur.

İdman.Biz