Avarçəkənlərimiz Dünya Kubokunda medal qazanıblar - FOTO

13 İyun 2026 20:40
112
Avarçəkənlərimiz Dünya Kubokunda medal qazanıblar

12–14 iyun tarixlərində Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda iştirak edən avarçəkənlərimiz uğurlu çıxış ediblər.

İdman.Biz bildirir ki, ölkəmizi təmsil edən Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə iki nəfərlik qayıqda üçüncü yeri tutublar.

Ziya–Nurlan cütlüyü 2000 metr məsafədə finiş xəttini üçüncü keçərək bürünc medala sahib olublar.

İdman.Biz