Bu gün Ədalətli İdman Günüdür

17 Aprel 2026 09:57
184
Bu gün Ədalətli İdman Günüdür

17 aprel Ədalətli İdman Günü kimi qeyd olunur.

İdman.Biz xəbər verir ki, bu gün idmanda dürüstlük, rəqibə hörmət və ədalətli mübarizə prinsipləri ön plana çəkilir. Bəzən ən böyük qələbənin finiş xəttini birinci keçmək deyil, çətin anda rəqibinə yardım etmək olduğu vurğulanır.

Bunun bariz nümunələrindən biri III MDB Oyunları zamanı yaşanıb. Akademik avarçəkmə yarışında Azərbaycan təmsilçisi Azər İlyasov nümunəvi addımı ilə yadda qalıb. Belə ki, o, məsafəni davam etdirmək əvəzinə, suya yıxılan özbəkistanlı rəqibinə kömək etmək üçün çıxışını dayandırıb.

İdmançımızın bu davranışı əsl idmançı ruhunun, insanlıq dəyərlərinin və ədalətli oyun prinsiplərinin parlaq təzahürü kimi qiymətləndirilir.

İdman.Biz