Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının hesabat xarakterli iclası keçirilib - FOTO

Xəbərlər
14 Yanvar 2026 11:51
74
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının hesabat xarakterli iclası keçirilib - FOTO

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) İdarə Heyətinin 2025-ci ilin yekunlarına həsr olunmuş hesabat xarakterli iclası keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) məlumat yayıb.

Bildirilib ki, tədbirdə əvvəlcə baş katib Fərhad Əliyev maliyyə hesabatını, il ərzində həyata keçirilmiş layihələri və qazanılmış nəticələri təqdim edib.

Daha sonra iclasın gündəliyində yer alan digər məsələlər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Qərara əsasən, federasiyanın Hakimlər Kollegiyası yaradılıb və İlqar Tağıyev kollegiyanın sədri seçilib.

İclasda həmçinin kanoe üzrə yığma komandaya Aleksandr Jukovskinin baş məşqçi təyin edilməsi təsdiqlənib. Akademik avarçəkmə üzrə yığma komandanın baş məşqçisi Volodimir Morozovun isə növbəti Olimpiya dövrü üçün fəaliyyətini davam etdirməsi qərara alınıb.

Qeyd edək ki, iclasın yekununda federasiyaya yeni üzvlər də seçilib.

İdman.Biz