Azərbaycan İdman Veteranları İctimai Birliyinin 2025-ci il üzrə yekun hesabat tədbiri keçirilib.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası məlumat yayıb.
Bildirilib ki, tədbirdə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov, qurumun baş katibi Azər Əliyev, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan İdman Veteranları İctimai Birliyinin sədri, Olimpiya çempionu Zemfira Meftahetdinova və digər rəsmi şəxslər iştirak edib.
Fərqlənən federasiyalara və idman veteranlarına təşəkkürnamə və fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, il ərzində fəallığına görə təltif edilən federasiyalar sırasında Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası da (AKAF) yer alıb.
