III MDB Oyunları: Azərbaycan avarçəkənləri yarışı dörd medalla başa vurdular - FOTO

Xəbərlər
6 Oktyabr 2025 13:37
40
III MDB Oyunları: Azərbaycan avarçəkənləri yarışı dörd medalla başa vurdular - FOTO

Bu gün Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində III MDB Oyunları çərçivəsində avarçəkmə yarışlarına yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan komandası bu yarışları 3 bürünc, 1 gümüş medalla başa vurub.

Amil Ramazanov iki bürünc medala layiq görülüb. Ramazanov birnəfərlik kayak qayığında 200 və 500 metr məsafədə 2007-2008-ci il təvəllüdlü idmançılar arasında üçüncü yer tutub. İkinəfərlik kayak qayığında 200 metr məsafəyə 2009-2010-cu il təvəllüdlü idmançıların mübarizəsində İvan Vorobjanski-Hüseyn Həsənov dueti finalda finişi üçüncü keçib. Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançıların yarışında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə fəxri kürsünün ikinci pilləsinə qalxıb.

İdman.biz