Azərbaycanlı paralimpiyaçı dünya reytinqində mövqeyini yaxşılaşdırıb

Xəbərlər
12 Sentyabr 2025 20:11
34
Azərbaycanlı paralimpiyaçı dünya reytinqində mövqeyini yaxşılaşdırıb

Azərbaycanlı paralimpiyaçı Sona Ağayeva Boccia üzrə Dünya Kubokunu BC2 kateqoriyasında dördüncü pillədə başa vurub.

İdman.biz bildirir ki, bununla da paralimpiyaçımız 14,2 reytinq xalı qazanıb.

Beləliklə, Ağayeva xalını 38,2-yə çatdıraraq Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına lisenziya qazandıran cədvəldə 19-cu pillədən 12-ci pilləyə yüksəlib.

İdman.biz