Parataekvondoçuların Ankara toplanışı başa çatıb

Xəbərlər
30 İyun 2025 21:09
29
Parataekvondoçuların Ankara toplanışı başa çatıb

Parataekvondoçulardan ibarət Azərbaycan millisi Ankarada ​təlim-məşq toplanışı başa çatıb.

İdman.biz xəbər verir ki, hazırlıq prosesi Türkiyə yığması ilə birgə təşkil olunub.

Baş məşqçi Fərid Tağızadənin rəhbərliyi ilə baş tutacaq toplanışda Sabir Zeynalov (58 kq), Amin Əliyev (58 kq), Ayxan Nuruyev (58 kq), Amin Şıxalıyev (63 kq), İmaməddin Xəlilov (70 kq), İmran Bağırov (70 kq), Orxan Cəfərov (80 kq) və Səmayə Həsənova iştirak edib.

İdmançılar sparrinq rəqiblərlə görüşlərdə öz bacarıqlarını bir daha yoxlamadan keçiriblər.

İdman.biz