Parisdə keçirilən XVII paralimpiya oyunları davam edir.
İdman.biz xəbər verir ki, bu gün 3 paracüdoçumuz tatamiyə çıxıb.
Qadınların yarışında J1 lkateqoriyasında Xatirə İsmiyeva (+70 kq), J2 kateqoriyasında Dürsədəf Kərimova (+70 kq) və kişilərin mübarizəsində Azərbaycanın əfsanə paracüdoçularından olan İlham Zəkiyev (+90 kq) J1 kateqoriyasında medallar uğrunda yarışır.
Paris-2024: Paracüdo yarışları
Qadınların mübarizəsi
+70 kq
J1 kateqoriyasında yarışan Xatirə İsmiyeva ilk görüşdə Maryam Aldhanhaniyə (BƏƏ) “ipponla” qalib gəlib. O 1/4 finalda Nazan Günəşə (Türkiyə) məğlub olub. İsmiyeva bürünc uğrunda təsəlliverici görüşdə venesuellalı Sanabriya Alkala ilə güləşməli olsa da rəqib tatamiyə çıxmayıb. Nəticədə texniki qələbə qazanan Xatirə bürünc uğrunda amerikalı Qarsiya Kristellaya uduzub.
Bu çəkidə J2 kateqoriyasında mübarizə aparan Dürsədəf Kərimovanın 1/4 finalda Rebeka de Souza Silvaya (Braziliya) uduzub. Dürsədəf bürünc uğrunda təsəlliverici görüşdə yerli idmançı Preskiliya Lezzini məğlub edib. Kərimovanın bürünc uğrunda görüşdə rəqibi çinli Vanq Honqyu olub. Məğlub olan paracüdoçumuz yarışı medalsız başa vurub.
Kişilər
+90 kq
J1 kateqoriyasında çıxış edən İlham Zəkiyev 1/4 finalda yerli idmançı Ceyson Qrandraya uduzub. O bürünc uğrunda təsəlliverici görüşdə iştirak edib. Niderlandlı Daniel Kneqtə qalib gələn Zəkiyev bürünc uğrunda həlledici görüşdə iştirak hüququ qazanıb. İlhamın rəqibi monqolustanlı Qanbat Dashtserenə vazzari ilə qalib gəlib.
Qeyd edək ki, Azərbaycan Paris-2024 Paralimpiadasında 4 qızıl, 2 gümüş və 4 bürünc qazanıb.
İdman.biz