Milli Gimnastika Arenasında keçirilən paracüdo üzrə Qran-prinin ümumi hesabında Özbəkistan komandası birinci yeri tutub.
İdman.biz -in məlumatına görə, Özbəkistan idmançıları Bakı tatamisində altı qızıl medal qazanıblar.
Çinin 3, Braziliya və Türkiyənin hərəyə iki qızıl medalı var.
Azərbaycan yarışı iki mükafatla başa vurub. Xanım Hüseynova (70 kq) gümüş, Şahanə Hacıyeva (48 kq) isə bürünc medal qazanıb.
Nicat Zəkiyev
İdman.biz