Dünya çempionumuzun HƏDƏFİ

Müsahibə
20 May 2024 11:40
102
Dünya çempionumuzun HƏDƏFİ

"Bu yarış mənim üçün çox yaxşı keçdi. Çox sevincliyəm”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan millisinin paraatleti Səid Nəcəfzadə deyib.

Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanan yığma üzvü fikirlərini Azərbaycan Paralimpiya Komitəsinin mətbuat xidmətinə açıqlayıb: “Şəxsi rekordumu yenilədim. Paralimpiya Oyunlarından əvvəl dünya çempionu olmaq yaxşı hissdir. Növbəti hədəfim Paris Paralimpiadasında yaxşı çıxış etməkdir".

Qeyd edək ki, T-12 kateqoriyasında çıxış edən Səid 7,30 m nəticə ilə dünya çempionu olub.

İdman.biz

Məqalədə: