Paraatletimiz dünya çempionu olub

Xəbərlər
18 May 2024 13:09
379
Paraatletimiz dünya çempionu olub

Yaponiyanın Kobe şəhərində paraatletika üzrə dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, mundialda Azərbaycan millisi ilk medalını rəsmiləşdirib.

T13 kateqoriyasında Lamiyə Vəliyeva 100 m məsafəyə qaçışda qızıl medal qazanıb. O, finişə 11,94 saniyəyə çataraq dünya çempionu tituluna yiyələnib.

Qeyd edək ki, bu, 22 yaşlı Vəliyevanın ümumilikdə üçüncü dünya çempionluğudur. Lamiyə ötən il Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında da 100 m və 400 m məsafəyə qaçışda qızıl medal qazanıb.

İdman.biz

Məqalədə: