Parataekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

Xəbərlər
19 Fevral 2024 01:36
Parataekvondoçularımız Prezident kubokunda mübarizə aparacaq

Fevralın 20-də İranın paytaxtı Tehranda parataekvondo üzrə Dünya Taekvondosunun Prezidentinin kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Turnirdə baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Sabir Zeynalov, Amin Əliyev (hər ikisi 58 kq), İmaməddin Xəlilov (70 kq), Əbülfəz Abuzərli (80 kq) və Şahmar Quliyev (+80 kq) iştirak edəcək. Parataekvondoçularımızın hamısı K-44 kateqoriyasında güclərini sınayacaq.

İdman.biz