Vüqar Şirinli Qran-pridə 2-ci, İlham Zəkiyev 3-cü olub

Xəbərlər
19 Fevral 2024 00:44
Vüqar Şirinli Qran-pridə 2-ci, İlham Zəkiyev 3-cü olub

Almaniyanın Heydelberq şəhərində paracüdo üzrə keçirilən Qran-pri başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi Paris-2024 Yay Paralimpiya Oyunlarına ikiqat reytinq xalı verən yarışı 2 medalla başa vurub.

Komandamızın heyətində Vüqar Şirinli (60 kq, J2) ikinci yeri tutub. İlham Zəkiyev (+90 kq, J1) isə turniri bürünc medalla başa vurub.

İdman.biz