3-6 iyun tarixlərində Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Boccia üzrə Dünya Kubokunda Azərbaycanı Sona Ağayeva təmsil edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Paralimpiyaçımız yarışda BC2 kateqoriyasında mübarizə aparacaq.
Qeyd edək ki, Sona Ağayevanı turnirdə məşqçisi Elşən Məhərrəmov müşayiət edəcək.
