MPK rəhbərliyi paraatletika millisinin baş məşqçisi ilə uzunmüddətli planları müzakirə edib

Xəbərlər
21 Oktyabr 2025 19:03
31
MPK rəhbərliyi paraatletika millisinin baş məşqçisi ilə uzunmüddətli planları müzakirə edib

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) rəhbərliyi paraatletika üzrə yığmanın baş məşqçisi Oleq Panyutin ilə görüş keçirib.

İdman.Biz xəbər verir ki, görüş zamanı paraatletikada mövcud vəziyyət, ilin sonunadək planlaşdırılan yarışlar, təlim-məşq toplanışları, eləcə də Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına dair uzunmüddətli planlar müzakirə olunub.

Bu idman növündə yeni paralimpiyaçı nəslinin formalaşdırılması istiqamətində görülən işlərin davam etdirilməsi, həmçinin yenilənmiş tibbi təsnifat qaydalarına uyğunlaşma məsələləri də gündəlikdə yer alıb.

MPK tərəfindən paraatletlərimizin ölkəmizi beynəlxalq arenada uğurla təmsil etmələri üçün göstərilən dəstəyin davam etdiriləcəyi bildirilib. Belə görüşlərin hər ay mütəmadi şəkildə keçiriləcəyi vurğulanıb.

Qeyd edək ki, daha əvvəl MPK rəhbərliyi parataekvondo, paracüdo, parabadminton, parapauerliftinq, paragüllə atıcılığı, parakamandan oxatma, paraüzgüçülük və boccia üzrə baş məşqçilərlə fərdi görüşlər keçirib.

İdman.Biz