“Şahdağ” Turizm Mərkəzinin “Kilim” yamacına beynəlxalq sertifikat verilib - FOTO

Xəbərlər
25 Sentyabr 2025 14:14
42
“Şahdağ” Turizm Mərkəzinin “Kilim” yamacına beynəlxalq sertifikat verilib - FOTO

Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin daha bir yamacı (“Kilim”) Beynəlxalq Xizək Federasiyası (FİS) tərəfindən beynəlxalq yarışların keçirilməsi üçün homologasiya (yoxlanışdan keçmə) prosesindən uğurla keçərək sertifikat əldə edib.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Qış İdman Növləri Federasiyası məlumat yayıb.

Bildirilib ki, “Kilim” yamacının ümumi uzunluğu 1897 metrdir.

Sertifikat qeyd olunan yamacda slalom, nəhəng slalom, super nəhəng slalom və paralel disiplinlər üzrə yarışların keçirilməsinə icazə verir.

İdman.biz