Bolqarıstanlı idmançıların Olimpiadada öz bayraqları ilə yarışmasına icazə verilməyə bilər

Xəbərlər
18 Sentyabr 2025 06:11
34
Bolqarıstanlı idmançıların Olimpiadada öz bayraqları ilə yarışmasına icazə verilməyə bilər

Bolqarıstan idmançıları 2026-cı il fevralın 6-dan 22-dək İtaliyada keçiriləcək Qış Olimpiya Oyunlarında milli bayraq altında yarışmaq imkanını itirmək riski ilə üzləşiblər.

İdman.biz bildirir ki, bu barədə Bolqarıstan Milli Olimpiya Komitəsinin (MOK) rəhbəri Vesela Leçeva məlumat verib.

O, bildirib ki, mayın 17-də BOK əvvəlki MOK rəhbərliyinin yerinə yetirməli olduğu şərtlərlə məktub göndərib. Lakin bu tələblər yerinə yetirilməyib, bu da yeni sanksiyalara, o cümlədən Olimpiadada bayrağın istifadəsinə qadağa qoyulmasına səbəb ola bilər.

"Bu, biabırçılıq olacaq!", - Leçeva vurğulayıb.

Leçeva 2005-ci ildən komitəyə rəhbərlik etmiş Stefka Kostadinovanı seçkilərdə məğlub edərək 2025-ci ilin martında Bolqarıstan MOK-un rəhbəri olub.

İdman.biz

Məqalədə: