“SportAccord Dünya İdman və Biznes Sammitinin ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti uğurudur”.
İdman.biz "Report"a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Fərid Qayıbov açıqlama verib.
O, 2026-cı ildə bir sıra yarışların baş tutacağını söyləyib: "Beynəlxalq idman aləmində öz sözümüzü demişik. Hər il növbəti uğura imza atırıq. Beynəlxalq qurumlar da bizə inanırlar və tədbirləri Azərbaycana həvalə edirlər. Bakı 2026-cı ildə dünyanın idman paytaxtı olacaq. Adı qorumaq üçün bir sıra turnirlər keçirəcəyik".
İdman.biz