Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.
İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.
QOÇ
Bu həftə Qoç rahat yaşamayacaq: macəralarla dolu hadisələr baş verəcək. Müdiriyyətlə anlaşılmazlıq baş verə bilər: öz mövqeyinizi, ideyanızı və ya sözünüzü düzgün şəkildə ifadə edin, çünki bir yanlışlıq sizi işsiz qoya bilər. Lakin həftənin ikinci hissəsi sürprizlərlə dolu olacaq: çoxdandır gözlədiyiniz xoş xəbəri alacaqsınız. Bəzi Qoçlar sevgililərinin yalanını ifşa edəcəklər: ayrılmaq və ya münasibətə davam etmək sualı ilə qarşı-qarşıya qalacaqsınız. Cüdo, güləş, üzgüçülük, karate və futbolla məşğul olan idmançıların bəxti üzlərinə güləcək.
BUĞA
Buğa yeni bir ixtisas öyrənməli olacaq: nəticədə gəlirli işə düzəlmək və ya xaricə getmək şansı yaranacaq. Həyatınızda dəyişikliklərə hazır olun: tənhalığa son qoyacaqsınız. Ola bilsin, çətin bir vəziyyətə düşəcəksiniz, lakin qorxmayın: bir insan sizə kömək əlini uzadacaq. Diqqətli olun: mənfi auralı insanlardan uzaq durun. Həftəsonu xoş mesaj alacaqsınız. Futzal, minifutbol, güləş, karate, basketbol və idman növlərində uğurlar qazanmaq şansı böyükdür.
ƏKİZLƏR
Bu həftə maskalar çıxarılacaq: böyük uğura imza atacaqsınız və paxılların iç üzünü görəcəksiniz. Sosial şəbəkələrdə dələduzlarla qarşılaşa bilərsiniz: alış-veriş zamanı əvvəlcədən beh istəyənlərdən çəkinməyə çalışın. Çoxdandır münasibətdə olduğunuz insan sizə evlilik təklifi edə bilər: müsbət cavab verin. İş axtaranların arzuları reallaşacaq. Sevdiyiniz işə düzələcəksiniz. Futbol, avarçəkmə, sambo, güləş və gimnastika növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.
XƏRÇƏNG
Tənha Xərçənglər, subaylığa “son” demək vaxtı gəlib: ürəyinizin qapısı bir nəfər üçün açılacaq. Həmin insanla tanışlıq qeyri-adi şəraitdə olacaq: mağazada, metroda və ya tıxacda. Tanışlıq dava ilə başlayacaq, sevgi ilə sonlanacaq. Həyatınızda kiçik, lakin çox nəzərəçarpan dəyişiklik baş verə bilər: rahatlığınız pozula bilər, lakin ruhdan düşməyin, sonədək mübariz olun. Gimnastika, güləş, karate, stolüstü tennis və cüdo ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.
ŞİR
Bu həftə sevgi tərəfdən bəxtiniz çox gətirəcək: çalışın, ətrafınızda olan Əkizlər, Oğlaq, Dolça bürclərinin nümayəndələrinə diqqət yetirin, çünki ən ideal cütlük onlarla alınacaq. Karyera nərdivanında irəliləmək üçün çox yaxşı vaxtdır: rifahınızı yaxşılaşdırmaq, peşəkar yüksəliş üçün çoxlu perspektivləriniz olacaq. Həftəsonu dostlarınızı başınıza yığıb səyahətə çıxa bilərsiniz: pula qənaət etmək məsləhət görülür. Stolüstü tennis, futbol, şahmat, cüdo və boksla məşğul olanlar üçün uğurlar qaçılmazdır.
QIZ
Bu həftə zəhmətiniz dəyərləndiriləcək: karyeranızda əlverişli nəticələr olacaq. Subaylar, toya hazırlaşın, axır ki, bəxtiniz açılır: ulduzlar sizə elə bir insanı seçib ki, onu görənin ağzı açıq qalır. Ümumiyyətlə, həyat daim sizi sınayır, bu sınaqlardan uğurla keçdikdə isə mükafatlandırır. Həftənin ikinci yarısında böyük maliyyə gəliri əldə edəcəksiniz, bunun sayəsində yeni ev və ya avtomobil almağı planlaşdıra bilərsiniz. Boks, şahmat, güləş, üzgüçülük, karate və futbol idman növlərində bol-bol uğurlar vəd edilir.
TƏRƏZİ
Bu həftə səyahət, rəsmi görüşlər, sənədləşmə işləri, xırda məişət alış-verişi üçün uyğun vaxt deyil. Həftəni pis xəbərlə açacaqsınız, lakin cümə axşamı günü problemlər qara buludlar yoxa çıxacaq. İtaliya, Almaniya və ya Fransadan ismarıc alacaqsınız: çamadanlarınızı yığın, xaricə səfər etmək vaxtıdır. Subay oğlanlar, diqqətli olun: qarşınıza ağlınızı alacaq bir qız çıxacaq, lakin o, sizdən istifadə edib həyatınızdan itəcək. Həmin qız Buğa, Əkizlər və ya Şir bürcündən olacaq. Basketbol, həndbol, cüdo, voleybol, tennis və samboçular üçün yaxşı başlanğıc olacaq.
ƏQRƏB
Bu həftə tələsik heç nə etməyin: hər şeyi həyatın axarına buraxın. Ehtiyatlı olun: dələduzlar ətrafınıza yığışacaqlar. Səyahət etmək planlarınız varsa, çalışın, gələn həftəyə saxlayın. Həftəsonu ailə tərəfindən təzyiqə məruz qalacaqsız: sizin fikriniz onların fikri ilə bir olmayacaq. Hətta bu səbəbdən kiçik münaqişələr baş verə bilər, odur ki, çalışın, səbirli olun. Sevgiliniz tərəfindən möhtəşəm xəbər və ya hədiyyə gözləyin: bu sizi çox ruhlandıracaq. Həndbol, voleybol, basketbol, hokkey və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.
OXATAN
Bu həftə yeni iş təklifi, müqavilələr və karyera yüksəlişi gözlənilir. Pulunuzu düzgün yerə yönəldin: balışın altında saxlamaq əvəzinə kiçik biznes açmaqla və ya investisiya etməklə daha çox pul qazana bilərsiniz. Karyera yüksəlişinə hazır olun: müdiriyyət çalışqan olduğunuzu dəyərləndirəcək və sizə layiqli vəzifə verəcək. Birtərəfli mövqe tutmaqdan əl çəkin: başqalarının da fikrini anlamağa çalışın və lazımsız yerə hər şeyi dramatikləşdirməyin. Ümumiyyətlə, eqonuza nəzarət edin, əks halda çox insanı itirə bilərsiniz. Avarçəkmə, çövkən, cüdo, atletika, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.
OĞLAQ
Oğlaqlar bu həftə çox təəccüblənəcəklər: hər yeni açılan gün sürprizlərlə dolu olacaq. Ən çox sürpriz dostlarınız tərəfindən bəxş olunacaq: kimi qonaqlıq verəcək, kimi bahalı hədiyyə alacaq, kimi isə sizi səyahətə dəvət edəcək. Hamı haqqınızda təkcə bir söz deyəcək: “Bu insan bəxtəvərdir!” Həftə başlayan kimi çoxdandır gözlədiyiniz xəbəri alacaqsınız: bəlkə də həyatınızın ən sevincli anlarını yaşayacaqsınız. Şənbə günü keçmiş iş yoldaşınızla görüş baş tuta bilər: sizə maraqlı və gəlirli iş birliyi təklif olunacaq. Qılıncoynatma, avarçəkmə, velosiped, qaçış, atıcılıq və güləş idmanında nailiyyətlər qaçılmazdır.
DOLÇA
Həftə xoş xəbərlə başlayacaq: bu xəbəri çoxdan gözləyirdiniz. Lakin sevgilinizlə münasibətiniz korlana bilər. Bunun qarşısını almaq üçün soyuq davranmayın, ona diqqət yetirin. Ürəyinizin qapısını lazımsız insanlara açmayın, onlar sizə yaxın olub, zəif yerinizi tapıb, sizə zərbə vura bilərlər. Bəzən soyuqqanlı, ürəksiz görünmək daha yaxşıdır. Bu ərəfələrdə liderlik xüsusiyyətlərinizi göstərmək lazımdır: müdir olmağın vaxtıdır. Yeni vəzifəyə təyin olunmaq və ya daha gözəl iş yerinə düzəlmək şansınız olacaq. Üzgüçülük, atçılıq, qaçış, otüstü hokkey və voleybol növlərində uğurlar gözləniləndir.
BALIQLAR
Həyatınızın ən parlaq günləri başlayacaq: uğur sizin tərəfinizdə olacaq. Arzu etdiyiniz iş özü sizin qarşınıza çıxacaq. Çox əziyyət çəkmisiniz və bunun bəhrəsini görəcəksiniz: həftəsonu karyera yüksəlişinə bir pillə də yaxınlaşacaqsınız. Subayların qarşısına pullu, varlı, zadəgan bir insan çıxacaq. Lakin onun maddi durumuna aldanmayın, iç dünyasının zənginliyini yoxlayın. Köhnə dostunuz sizə şad xəbər verəcək: bu, həyatınız çox dəyişəcək. Futzal, güləş, atıcılıq, basketbol, həndbol və voleybol idman növlərində uğurlar vəd olunur.
İdman.biz