Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
14 İyul 2025 14:18
34
Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, iyulun 14-20-də paytaxtda müxtəlif idman növləri üzrə yarışlar keçiriləcək.

🔹 Şahmat üzrə 16 yaşadək şəxsi komanda arasında respublika uşaq olimpiadası – 4-15 iyul (Bakı);

🔹 Səbail rayon həvəskar futbol komandaları arasında Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr olunmuş minifutbol turniri - 14-16 iyul, saat 9:30 (İdman və İstirahət parkı);

🔹 Peşəkar Çövkən Liqası (XII tur) – 15-16 iyul (Bakı);

🔹 Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümü münasibətilə həvəskar futbol komandaları arasında minifutbol üzrə Pirallahı rayon turniri - 16 iyul, saat 14:00 (“ABAD” məhəllənin idman meydançası);

🔹 Gənclər və İdman Nazirliyinin yaranma gününə həsr olunmuş gənclər arasında şahmat üzrə Sabunçu rayon turniri - 17 iyul, saat 9:00 (Bakı Gənclər Mərkəzi);

🔹 Qalaqapı qo üzrə ölkə kuboku – 18-20 iyul (Bakı);

🔹 Cıdır üzrə klublararası yarış – 19 iyul (Bakı);

🔹 Gənclər və İdman Nazirliyinin yaranmasının 31-ci ildönümü münasibətilə kapoeyra üzrə nümunəvi çıxışlar - 20 iyul, saat 17:00 (Nizami parkı).

İdman.biz