Bakı küçələrində "Formula - 1" məhdudiyyəti başa çatır

26 Sentyabr 2026 20:28
59
Bakı küçələrində "Formula - 1" məhdudiyyəti başa çatır

Bakıda “Formula - 1” Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə tətbiq olunan nəqliyyat məhdudiyyəti bu gün gecə saat 00:00-da başa çatacaq.

İdman.Biz xəbər verir ki, yarışların başa çatmasından dərhal sonra ərazidə quraşdırılan konstruksiyaların sökülməsinə başlanılıb.

Məhdudiyyət səbəbindən hərəkət sxemi dəyişdirilən avtobuslar isə sentyabrın 27-si saat 00:00-dan etibarən əvvəlki marşrutları üzrə fəaliyyət göstərəcəklər.

İdman.Biz