Azərbaycan idmançıları Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən hapkido üzrə açıq dünya birinciliyi və çempionatında uğurlu nəticələr göstəriblər.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kyoruqi (döyüş) üzrə Yusif Məmmədli (33 kq), Nilufər Əliyeva (62 kq) və Rəvan Məmmədov (+87 kq) qızıl, Xədicə Vəlizadə (52 kq) və Fərid Əlizadə (+65 kq) gümüş, Zəhra Manafova (49 kq), Ərgün İba (51 kq) və Əbdülvahab Əliyev (65 kq) isə bürünc medal qazanıblar.
Xosinsul (fərdi çıxış) üzrə Nilufər Əliyeva bürünc, kompleks (inteqrasiya olunmuş) fənlər üzrə Zəhra Manafova və Xədicə Vəlizadə gümüş medala sahib olublar. Silahla fristayl üzrə nunçaku proqramında Fərid Əlizadə, maneələr üzərindən uzunluğa tullanma üzrə isə Əbdülvahab Əliyev qızıl medal qazanıb.
