Naxçıvanda bilyard turniri keçirilib - FOTO

Xəbərlər
14 İyul 2025 11:11
39
Naxçıvanda bilyard turniri keçirilib - FOTO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bilyard üzrə muxtar respublika açıq turniri keçirilib.

İdman.biz xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Marvel Bilyard Salonunda reallaşan yarışa 18 həvəskar bilyardçı qatılıb.

İştirakçılar qarışıq piramida növündə mübarizə aparıblar.

Nəticələrə əsasən, Ramazan Əliyev turnirin qalibi olub. Gümüş medala Elvin Kərimov sahib çıxıb. Rəşad Əhmədov və Loğman Babayev yarışı bürünc medalla tamamlayıblar.

İdman.biz