Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
7 İyul 2025 18:00
41
Beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, iyulun 7-13-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.

🔹 Kayak və kanoe üzrə gənclər arasında U23 Avropa çempionatı – 1-7 iyul (Rumıniya, Piteşti);
🔹 Akademik avarçəkmə üzrə “Vyana Reqatası” beynəlxalq turniri – 3-7 iyul (Avstriya, Vyana);
🔹 Basketbol üzrə qızlar arasında divizion B FİBA U18 Avropa çempionatı – 4-13 iyul (Litva);
🔹 Stend atıcılığı üzrə ISSF Dünya Kuboku – 4-14 iyul (İtaliya, Lonato);
🔹 Basketbol üzrə oğlanlar arasında divizion C FİBA U16 Avropa çempionatı – 5-13 iyul (Albaniya, Tirana);
🔹 Badminton üzrə "İndonesia Junior Grand Prix 2025" – 8-13 iyul (İndoneziya, Talqeranq Selatan);
🔹 Kamandan oxatma üzrə Dünya Kuboku (2-ci mərhələ) – 8-13 iyul (İspaniya, Madrid);
🔹 Dresaj üzrə Avrasiya oyunları, Avrasiya çempionatı – 10-13 iyul (Rusiya, Moskva);
🔹 Stolüstü tennis üzrə U15, U19 arasında Avropa çempionatı – 11-20 iyul (Çexiya, Ostrava);
🔹 Üzgüçülük üzrə dünya çempionatı – 11 iyul-3 avqust (Sinqapur).

İdman.biz