İdman bürcü - Astroloji PROQNOZ: 7-13 iyul

Xəbərlər
6 İyul 2025 12:52
38
İdman bürcü - Astroloji PROQNOZ: 7-13 iyul

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Bu həftə Qoçları gözlənilməz nəticələr gözləyir. Bu, sizin üçün çox qiymətli olacaq. Kimlərəsə fikirlərinizi təqlin etməyə çalışmayın, başqalarını dinləmək daha yaxşıdır. Sevgi məsələlərində ehtiyyatlı olun, çox həssa məqamlarla rastlaşacaqsınız. Həftəsonu fiziki vəziyyətinizə diqqət yetirin. Son iki həftə ərzində yığılmış yorğunluq mümkündür. Cüdo, güləş, üzgüçülük, karate və futbolla məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Buğa
Buğalar bu həftə daxili intuisiyalarına tam güvənə bilər. Əsas odur ki, özünüzə inanasınız. Cümə gününə yaxın maliyyə vəziyyəti sabitləşəcək, lakin çox xərcləməyə tələsməyin. Sizə güclü tərəflərinizi xatırladacaq tanıdığınız insanlarla görüşlər mümkündür. Münasibətlərdə tərəfdaşınızdan təşəbbüs gözləməməlisiniz - bu dəfə söz sizindir. Futzal, minifutbol, güləş, karate, basketbol və idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Əkizlər
Əkizlər üçün həftə yaradıcı və ya intellektual fəaliyyət üçün düşərli olacaq. Özünüzü tam sərbəsrt hiss edəcəksiniz. Çərşənbə günü kiçik bir sınaqla üzləşə bilərsiniz. Mübahisələrə qarışmayın – enerjinizə öz məqsədləriniz üzün qənaət edin. Maddi durumunuzda nəzərəçarpacaq irəliləyişlər hiss edəcəksiniz. Futbol, avarçəkmə, sambo, güləş və gimnastika növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Xərçəng
Xərçənglər bu həftə bir çox məqsədlərinə çatacaqlar. Sizin üçün çoxdan qaranlıq qalan bir sıra məsələlər aydınlaşacaq. Yaxınlarınızdan birindən gözlənilməz kömək alacaqsınız. Bu, sizin üçün qeyri-adi olsa belə, imtina etməyin. Şənbə günü təxirə salınmış mühüm qərarın qəbulu üçün əlverişli zaman olacaq. Kobud sözlərdən, kimisə incidəcək ifadələrdən çəkinin. Gimnastika, güləş, karate, stolüstü tennis və cüdo ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Şir
Həftə ərzində Şirlərin xarizması ən yüksək həddə çatacaq - komandada və ya ailədə nüfuzunuzu gücləndirmək üçün bu üstünlükdən istifadə edin. Bununla belə, həftə sonuna yaxın enerjiniz azala bilər. Özünüzə bir günlük istirahət üçün vaxtb ayırın. Romantik sahədə mühüm nəticə mümkündür: çoxdan bilmək istədiyinizi eşidəcəksiniz. Stolüstü tennis, futbol, şahmat, cüdo və boksla məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Qız
Həftə Qızlara görə nizam-intizamlı keçəcək. Gözlənilmədən vərdişlərinizi, hətta planlaşdırdığınız işləri belə yenidən nəzərdən keçirmək istəyəcəksiniz. Lazımsız şeylərdən imtina etmək üçün yaxşı vaxtdır. Çoxdan başladığınız, lakin əhəmiyyət vermədiyiniz kiçik bir məsələdə gözlənilməz uğurlar mümkündür. Köməkdən imtina etməyin – vaxtında atılmış bu addımın xeyirini görəcəksiniz. Boks, şahmat, güləş, üzgüçülük, karate və futbol idman növlərində bol-bol uğurlar vəd edilir.

Tərəzi
Tərəzilər həftə ərzində istəkləri və ehtiyacları arasında balansı qorumalıdırlar. Başqalarının emosiyaları və tapşırıqları diqqətinizi bir sıra məqamlardan yayındıra bilər. Həftənin ortasında maddi durumunuza təsir edəcək mühüm xəbərlər mümkündür. Özünüzə qarşı dürüst olun - əgər əhvalınız narahatdırsa, hər şeyin yaxşı olacağını düşünməyiniz yetər. Basketbol, həndbol, cüdo, voleybol, tennis və samboçular üçün yaxşı başlanğıc olacaq.

Əqrəb
Əqrəblər üçün bu həftə gözlədiklərindən də yaxşı olacaq. Sizə qarşı söylənilən yalanlar üzə çıxacaq. Enerjinizi praktik məqsədlərə yönəltmək daha yaxşıdır. İlk olaraq çoxdan diqqətinizi çəkən içlərin həllinə çalışın. Sevgi sahəsində uğurlu görüşlər, isti söhbətlər gözlənilir. Sadəcə, cəsarətli olmağınız kifayət edər. Dürüstlük sizin müttəfiqinizdir. Özünüzə inanın. Həndbol, voleybol, basketbol, hokkey və stolüstü tennis növlərində hədsiz uğurlar gözlənilir.

Oxatan
Oxatanlar həftə ərzində hərəkət, dəyişiklik və yeni təəssüratlar üçün səy göstərəcəklər. Qısa səfərlər, mühitinizi dəyişmək, hobbiyə başlamaq üçün yaxşı zamandır. Maliyyə məsələlərində həddindən artıq impulsivlikdən çəkinin. Kimsə sizə qeyri-adi layihə təklif edə bilər – “hə” deməzdən əvvəl çox düşünün. Kəmiyyətə deyil, keyfiyyətə üstünlük verin. Avarçəkmə, çövkən, cüdo, atletika, güləş və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Oğlaq
Oğlaqları ciddi məsələlərlə zəngin həftə gözləyir. İşə, planlara, hətta özünüzə münasibətinizi dəyişəcək ideyalar meydana çıxacaq. Xəyal qurmaqdan qorxmayın – bunları reallığa çevirmək üçün ideal vaxtdır. Münasibətlərdə sərhədləri dəqiqləşdirmək lazım gələ bilər. Cümə və şənbə günləri özünü təhlil etmək və yenidən qiymətləndirmək üçün əlverişlidir. Qılıncoynatma, avarçəkmə, velosiped, qaçış, atıcılıq və güləş idmanında nailiyyətlər qaçılmazdır.

Dolça
Həftə Dolçalar üçün qeyri-adi keçəcək. Qətiyyətinizlə ətrafınızdakıları təəccübləndirəcəksiniz. Qeyri-müəyyənlik şəraitində belə sabitlik və möhkəmlik nümayiş etdirəcəksiniz. Bir insan haqqında təsəvvürlərinizi dəyişdirəcək gözlənilməz söhbətlər mümkündür. Hər bir addımı atarkən özünüzə inanın. Təxmin etməməyə çalışın - aydınlaşdırmaq təbii ki, yaxşıdır. Üzgüçülük, atçılıq, qaçış, otüstü hokkey və voleybol növlərində uğurlar gözləniləndir.

Balıqlar
Bu həftə Balıqlar üçün düşərli olacaq. Yaxınlarınızla Rahat şəkildə təmasa keçəcək, bir sıra işlərin həllində, xüsusilə əvvəllər nəzarətdən çıxmış məsələlərdə fikir mübadiləsi aparacaqsınız. Sənə aid olmayan şeylərdən uzaq durmağa çalışın. Kimsə bağışlanma istəyə bilər – buna yalnız siz qərar verməlisiniz. Haqqınızda xoş xəbərlər mümkündür. Həftə sonu təklik gücünüzü bərpa etməyə kömək edəcək. Futzal, güləş, atıcılıq, basketbol, həndbol və voleybol idman növlərində uğurlar vəd olunur.

İdman.biz