MOK-un iki üzvü Avropa Olimpiya Komitələrinin müxtəlif komissiyalarına üzv seçilib

Xəbərlər
3 İyul 2025 12:45
28
MOK-un iki üzvü Avropa Olimpiya Komitələrinin müxtəlif komissiyalarına üzv seçilib

Avropa Olimpiya Komitələrinin (AOK) İcraiyyə Komitəsi 2025-2029-cu illər üzrə komissiyanın yeni tərkibini təsdiqləyib.

İdman.biz xəbər verir ki, komissiyanın yeni tərkibində MOK-un iki üzvü də yer alır.

Qərara əsasən, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev Avropa Olimpiya Komitələrinin (AOK) eSports Komissiyasının, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov Avropa İttifaqı və Beynəlxalq Əlaqələr Komissiyasının üzvü seçiliblər.

İdman.biz