Çingiz Hüseynzadə: "Bu, bizim üçün həqiqətən böyük hadisədir"

Xəbərlər
12 İyun 2025 11:52
47
Çingiz Hüseynzadə: "Bu, bizim üçün həqiqətən böyük hadisədir"

"Sevindiricidir ki, Avropa və dünya çempionatlarının mükafatçıları bu gün burada bizimlədirlər".

İdman.biz xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə könüllü qanvermə aksiyası zamanı deyib.

O bildirib ki, idmançıların belə aksiyalarda iştirak etməsi çox əhəmiyyətlidir: "Sağlam bədəndə sağlam ruh olar. Qərara gəldik ki, idmançılarımızı tez-tez belə aksiyalara dəvət edək. Hamı görsün ki, onlar sadəcə idman meydanında öz güclərini göstərmir, həmçinin öz qanları hesabına talassemiyadan əziyyət çəkən uşaqlara əl tuturlar. Bu, bizim üçün həqiqətən böyük hadisədir".

Qeyd edək ki, Milli Olimpiya Komitəsinin (MOK) dəstəyi, Səhiyyə Nazirliyi Respublika Qan Bankının və Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə təşkil edilmiş kütləvi qanvermə aksiyası saat 16:00-dək davam edəcək.

İdman.biz