Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan yığmasının görüşünü canlı izləyəcək.
İdman.biz xəbər verir ki, nazir AVRO-2024-ün seçmə mərhələsində İsveçlə qarşılaşmaya Tofiq Bəhramov adına Respublika stadionundan baxacaq.
Nazir müavini Mariana Vasileva və AFFA-nın baş katibi Sərxan Hacıyev oyunu izləyənlər arasında yer alıb.
Qeyd edək ki, Azərbaycan – İsveç qarşılaşması saat 21:00-da start götürəcək.
İdman.biz