İdman bürcü - Astroloji PROQNOZ: 26 may – 1 iyun

Xəbərlər
25 May 2025 15:30
64
İdman bürcü - Astroloji PROQNOZ: 26 may – 1 iyun

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.biz-in təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Həftəboyu Qoçalrın enerjisi yüksək olacaq, lakin gözlənilməz əsəbilik mümkündür. Heç də təmkininizi pozmayın, məqsədinizə doğru bütün potensialınızı səfərbər edin. Şəxsi həyatınızda partnyorunuza təzyiq etməmək daha yaxşıdır. Həftənin sonu qısa səfərlər və ya yeni tədqiqatlara başlamaq üçün əlverişlidir. Atçılıq, qaçış, üzgüçülük, otüstü hokkey, voleybol və güləş növlərində uğurlar gözləniləndir.

Buğa
Buğalar bu həftə rahatlıq və sabitlik istəyəcəklər. Lakin baş verəcək hadisələr bunun əksini etməyə çalışacaq. İşdə rəhbərlik sizə müsbət mənada seçim etmək imkanı verəcək. Əsla tələsik qərar verməyin. Dəyişiklikdən qorxmayın - hətta təhlükəli görünsə belə. Həftənin ikinci yarısında ailənizə diqqət yetirin. Güləş, basketbol, karate, minifutbol və futzal idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

Əkizlər
Əkizlər üçün həftə hər şeyi dəyişmək istəyi ilə başlayacaq: görünüş, mühit, iş və s. Amma tələsmək xaosa gətirib çıxara bilər. Hər şeyi dərindən düşünün. Ünsiyyət üçün əla vaxtdır – məsləhətləriniz başqalarını ruhlandıra bilər. Sevgidə bəxtiniz gətirəcək. Həftə sonu yaradıcılıqla məşğul olun və ya uzun müddət təxirə saldığınız işləri tamamlayın. Şahmat, futbol, boks, stolüstü tennis və cüdo ilə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Xərçəng
Xərçənglər bu həftə maliyyə məsələlərini yoluna qoya bilər. Pul yatırmağa tələsməyin - əvvəlcə riskləri təhlil edin. Valideynləriniz və yaşlı qohumlarınızla münasibətlərdə təmkinli olun. İşdə dürüstlüyünüz qiymətləndiriləcək - prinsiplərinizi müdafiə etməkdən qorxmayın. Həftənin sonu istirahətə vaxt ayırın, bu, sizə rahatlıq gətirəcək. Həndbol, güləş, basketbol, voleybol, futzal və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Şir
Şirlər üçün həftə düşərli olacaq. Sizə çoxlarının ehtiyacı olacaq, yetər ki, onların ümidini puça çıxarmayasınız. Onlara kömək etməyiniz, sizə bol şanslar bəxş edəcək. Həftəsonu yeni səfərlər gözlənilir. İmtina etməyin, bu, işlərinizi qaydaya salacaq. Tennis, cüdo, sambo, basketbol, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Qız
Qızlar bu həftə çox ehtiyatlı olmalıdırlar. Hər bir addımınızı əvvəlcədən hesablayın. Həmkarlarınızın dəstəyinizə ehtiyacı ola bilər. Bacardığınız qaədər onlara yardım edin. Bu, ətrafınızdakı ab-havanı dəyişəcək. Sənədlər və hüquqi məsələlərdə diqqətli olun. Həftə sonları tək vaxt keçirmək münasibdir. Stolüstü tennis, gimnastika, cüdo, güləş və karate ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Tərəzi
Tərəzilər həftə ərzində köhnə ilə yeni arasında vacib seçim edəcəklər. Gələcək hadisələr düşündüyünüzdən daha çox şey təklif edə bilər. İşarələrə baxın - onlar hər addımda sizə istiqamət verəcək. Sevgi sahəsində bəxtiniz üzünüzə güləcək. Şənbə və bazar günləri səs-küylü məkanlardan yayının. Hokkey, stolüstü tennis, həndbol, basketbol və voleybol növlərində hədsiz uğurlar gözlənilir.

Əqrəb
Əqrəblər bu həftə xüsusilə ehtiyyatlı olmalıdırlar. İş yerində başqalarının münaqişələrinə cəlb oluna bilərsiniz. Neytral qalmaq və emosiyadan çox strategiya ilə hərəkət etmək daha yaxşıdır. Şəxsi həyatınızda köhnə hisslərin canlanması ola bilər. Lakin, real həyata köklənməyiniz məsləhətdir. Əvvəldən qalan işlərinizi həll etmək üçün yaxşı vaxtdır. Avarçəkmə, sambo, gimnast və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Oxatan
Bu həftə Oxatanlar daha çox özlərinə vaxt ayıracaq. Bunun üçün idel zamandır. Səyahət və ya başqa ölkədən olan şəxslə mühüm görüş mümkündür. İşdə güclü tərəflərinizi çox da göstərməməyə çalışın Şəxsi həyatınızda kompromis axtarın: ortağınız sizdən yalnız gələcəklə bağlı planlar deyil, diqqət də gözləyir. Çövkən, cüdo, güləş, atletika, avarçəkmə və atıcılıq növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Oğlaq
Oğlaqlar üçün həftə ciddi nizam-intizam tələb edəcək. Bir qədər yorğunluq hiss edəcəksiniz. Elə bu səbəbdən yığılmış işlərin öhdəsindən gələ bilməyəcəksiniz. Avadanlıq və ya nəqliyyatla bağlı problemlər ola bilər. Lakin bütün bunlara rəğmən sevgidə hər şey yolunda gedəcək. Cümə günü işdə müsbətə doğru gözlənilməz dönüş gözlənilir. Cüdo, üzgüçülük, güləş, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Dolça
Ətrafdakılar Dolçalardan təşəbbüs göstərmələrini gözləyəcək. Çalışın onların etimadını doğruldasınız. Planlarınızı reallaşdırmaq üçün əlverişli zamandır. Mühüm məsələyə baxışlarınızı dəyişəcək görüşlər baş verə bilər. Münasibətinizdə zəriflik göstərin, səbrli davranın – qarşı tərəfin buna ehtiyacı var. Həftə sonları çox işləməkdən çəkinin - istirahətə üstünlük verin. Qılıncoynatma, güləş, velosiped, qaçış, avarçəkmə və atıcılıq idmanında nailiyyətlər qaçılmazdır.

Balıq
Balıqların həftə ərzində əhval-ruhiyyəsi dəyişkən ola bilər, lakin bu, uğura işarədir. Uzun müddət üzərində çalışdığınız ideyalar reallaşmacaq. Xəyallarınıza və daxili hisslərinizə inanın - onlar sizə düzgün istiqamət göstərəcək. İş prosesində yeniliklər gözlənilir. İcrası həllini tapmayan işləri yenidən nəzərdən keçirin. Karate, üzgüçülük, şahmat və güləş idman növlərində bol-bol uğurlar vəd edilir.

İdman.biz