İtaliyanın Peruca şəhərində kunq-fu üzrə dünya çempionatına start verilib.
İdman.biz Azərbaycan Kunq-Fu Federasiyasına istinadən xəbər verir ki, yarışın ilk günü Azərbaycan idmançısı Əminə Əliyevanın parlaq çıxışı ilə əlamətdar olub.
Azərbaycan Prezidenti İlham Əliyevin 11 yaşlı nəvəsi light sanda döyüşü üzrə mübarizə aparıb. İdmançımız finala yüksəlib.
Qeyd edək ki, yarışa yollanan Azərbaycan nümayəndə heyətində Arzu Əliyeva, Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov, federasiya rəsmiləri, məşqçilər və gənc idmançılar yer alıblar. Aslanov yarışın açılışında çıxış edərək Prezident İlham Əliyevin idmana verdiyi dəstəyin uğurların əsasını təşkil etdiyini xüsusi vurğulayıb.
İdman.biz