Azərbaycan idmançılarından Avropa çempionatında 6 medal

Xəbərlər
8 May 2025 17:19
60
Azərbaycan idmançılarından Avropa çempionatında 6 medal

Yunanıstanın Heraklion şəhərində ənənəvi uşu üzrə 8-ci Avropa çempionatı keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisi yarışı 6 medalla başa vurub.

Yeniyetmələr arasında Tunar Rüstəmzadə (42 kq) və Azad Hümbətov (52 kq) bütün rəqiblərini məğlub edərək qızıl medala layiq görülüblər.

Gənclər arasında Xəyal İbrahimov (52 kq) qızıl, Tunar Kərimli (75 kq) gümüş, Mirhəsən İsmayılzadə (60 kq) isə bürünc medal qazanıblar.

Böyüklər arasında isə Yusif Azadi (52 kq) uğurla çıxış edərək gümüş medala sahib olub.

İdman.biz