Bodibilderlər gələn ay ölkə kubokunda mübarizə aparacaqlar

Xəbərlər
19 Mart 2025 15:53
103
Bodibilderlər gələn ay ölkə kubokunda mübarizə aparacaqlar

Azərbaycan Bodibildinq və Fitnes Federasiyası ölkə kubokunun keçirilmə vaxtını müəyyənləşdirib.

İdman.biz xəbər verir ki, yarış aprelin 27-də "Elektra Event Hall"da təşkil ediləcək.

Azərbaycan kubokunda klassik bodibildinq, Men’s Physique (çimərlik bodibildinqi) və digərləri də daxil olmaqla, bütün aparıcı növlərdə medallar uğrunda mübarizə gedəcək.

Qeyd edək ki, bodibildinqdə ölkə çempionatı ənənəvi olaraq payızda, Azərbaycan kuboku isə yazda təşkil olunur.

İdman.biz

Məqalədə: