Uşu üzə Azərbaycan çempionatı və birinciliyində 300-ədək idmançı mübarizə aparacaq

Xəbərlər
1 Noyabr 2023 13:59
241
Uşu üzə Azərbaycan çempionatı və birinciliyində 300-ədək idmançı mübarizə aparacaq

Uşu üzrə Azərbaycan çempionatı və birinciliyinin başlama vaxtı dəqiqləşib.


İdman.biz xəbər verir ki, yarış Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə noyabrın 3-də start götürəcək.

2 gün davam edəcək birincilikdə kadetlər, yeniyetmə və gənclər mübarizə aparacaq. Turnirdə 25 şəhər və rayondan 300-ə yaxın idmançının iştirakı gözlənilir.

Qeyd edək ki, Abşeron Olimpiya İdman kompleksində təşkil olunacaq Azərbaycan çempionatı və birinciliyinin açılış mərasimi noyabrın 4-ü saat 14:00-da baş tutacaq.

Emin Ağa

İdman.biz