Ağacan Abiyev “Olimpiya çələngi” mükafatı ilə təltif olunub - FOTO

1 Mart 2025 14:36
318
Ağacan Abiyev “Olimpiya çələngi” mükafatı ilə təltif olunub - FOTO

Azərbaycan Milli Olimpiya Akademiyasının prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) fəxri baş katibi Ağacan Abiyev Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı ilə təltif olunub.

İdman.biz xəbər verir ki, “Şöhrət" və "Şərəf" ordenli mütəxəssis bu mükafata Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyasında layiq görülüb.

Baş Assambleyada mükafat Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevə təqdim olunub.

İdman.biz

Məqalədə: