İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Xəbərlər
24 Oktyabr 2023 09:58
247
İdmançılarımızın iştirak edəcəyi beynəlxalq yarışlar üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının iştirak edəcəyi beynəlxalq yarışlar üzrə həftənin idman afişasını açıqlayıb.

İdman.biz xəbər verir ki, oktyabr 23-29-da müxtəlif növlər üzrə komandalarımız bir sıra turnirlərdə iştirak edəcəklər.

Stolüstü tennis üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir - 22-29 oktyabr (Misir, Qahirə);

Sərbəst, yunan-Roma güləşi və qadın güləşi üzrə U-23 dünya çempionatı - 23-29 oktyabr (Albaniya, Tirana);

WKF karate üzrə böyüklər arasında dünya çempionatı - 24-29 oktyabr (Macarıstan, Budapeşt);

Yeniyetmə və gənclər arasında beynəlxalq turnir - 26-30 oktyabr (Latviya, Riqa);

Kudo döyüş növü üzrə Avropa çempionatı - 28-30 oktyabr (Litva, Kaunas);

Azərbaycan Bodibildinq və Fitness Federasiyasının 30 illik yubileyinə həsr olunmuş ölkə çempionatı - 29 oktyabr, saat 12:00 ("Elektra Events Hall").

İdman.biz