Yığmamız dünya çempionatına 45 idmançı ilə yollanır

Xəbərlər
21 Oktyabr 2023 16:46
302
Yığmamız dünya çempionatına 45 idmançı ilə yollanır

Oktyabrın 25-də İtaliyanın Karrara şəhərində kunq-fu üzrə vahid dünya çempionatı start götürəcək.

İdman.biz xəbər verir ki, yarışda Azərbaycan milli komandası da iştirak edəcək.

Yığmamız çempionata 55 nəfərlik heyətlə yollanacaq. Bunlardan 45-i idmançı, 3-ü hakim, 7-si isə məşqçi və rəhbər heyətdir.

Qeyd edək ki, yarışda bir çox idman növləri üzrə mübarizələr olduğu üçün vahid dünya çempionatı adlandırılır. Birincilik oktyabrın 29-da yekunlaşacaq.

Emin Ağa

İdman.biz