Azərbaycan idmançısı Dünya Döyüş Oyunlarında gümüş medal qazanıb

Xəbərlər
20 Oktyabr 2023 22:32
145
Azərbaycan idmançısı Dünya Döyüş Oyunlarında gümüş medal qazanıb

Səudiyyə Ərəbistanında Dünya Döyüş Oyunları start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan karateçisi Hüseyn Məmmədli finaladək uğurla irəliləyib.

67 kq çəkidə mübarizə aparan təmsilçimiz ardıcıl olaraq İspaniya, Misir və təşkilatçı ölkənin idmançısına qalib gəlib.

Finalda Məmmədlinin rəqibi digər misirli Əhməd Lotfi olub. Rəqibinə 2:3 uduzan Hüseyn gümüş medala yiyələnib.

Qeyd edək ki, Məmmədli Dünya Döyüş Oyunlarında bu növdə yeganə idmançımız olub.

Emin Ağa

İdman.biz