Bodibildinq və fitnes üzrə Azərbaycan kuboku iştirakçı sayında rekord rekord vurula bilər.
Federasiya prezidenti Rauf Bünyatəliyevin İdman.bizə verdiyi məlumata görə, oktyabrın 29-da "Elektra Events Hall"da keçiriləcək yarışa böyük maraq yüksəkdir.
O bildirib ki, kubokda 70-80-ə yaxın idmançı mübarizə aparacaq və hələ də sifarişlər ərizələr daxil olmaqda davam edir. Bu da öz növbəsində yeni rekordla əlamətdar ola bilər.
Qeyd edək ki, yarış milli federasiyanın yubileyinə - 30 illiyinə həsr olunacaq.
Nicat Zəkiyev
İdman.biz