Azərbaycanın uşu-sandaçıları Qırğızıstanda beynəlxalq turnirdə iştirak edəcək.
İdman.biz xəbər verir ki, oktyabrın 13-15-də keçiriləcək açıq turnirdə milli komanda Rəşad İsayevin rəhbərliyi altında 4 idmançı ilə təmsil olunacaq.
Yeniyetmələr arasında Xəyal İbrahimov (39 kq) və Hüseyn Məhəmmədov (42 kq) döyüşəcək. Gənclərin mübarizəsində Amin Əlilli (60 kq) ölkəmizi təmsil edəcək. Böyüklər arasında isə 5 qat Avropa çempionu Elçin Eminov (60 kq) qüvvəsini sınayacaq.
İdman.biz