Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan İdman Akademiyasında (ASA) təhsil alan tələbələrlə görüşüb.
İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildrilib ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə gənclər və idman naziri Fərid Qayıbov, ASA-nın rektoru Fuad Hacıyev və prorektoru Ülkər Babayeva çıxış ediblər.
Daha sonra Akademiyanın əvvəlki illərdə məzunu olmuş mütəxəssislərin tələbələrə ünvanladıqları videotəbriklər nümayiş olunub. Ardınca Akademiyaya yüksək balla qəbul olmuş bakalavr və magistratura pilləsində təhsil alan gənclər çıxış ediblər.
Tədbirin sonunda yüksək nəticə göstərərək Akademiyaya qəbul olmuş bakalavr Məcid Məmmədəliyevə (602,4 bal) və magistr Rəvan Səmədova (72,5 bal) tələbə vəsiqələri nazir Fərid Qayıbov və rektor Fuad Hacıyev tərəfindən təqdim edilib.
