Regionlar üzrə həftənin idman afişası

Xəbərlər
10 Oktyabr 2023 11:00
132
Regionlar üzrə həftənin idman afişası

Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.

İdman.biz xəbər verir ki, oktyabrın 9-15-də müxtəlif növlər üzrə yarışlar təşkil olunacaq.

Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi

- “Zəfər Günü”nə həsr olunmuş futbol üzrə 2011-2012-ci il təvəllüdlü oğlanlar arasında “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları UGİŞM açıq birinciliyi – 10-13 oktyabr, saat 15:00 (Paralimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində qızlar arasında voleybol üzrə nümunəvi çıxışlar - 11 oktyabr, saat 16:30 (Sumqayıt şəhəri, 20 nömrəli məktəb);
- “İdman hamı üçün” layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar – 12 oktyabr, saat 16:00 (Abşeron Olimpiya İdman Kompleksi);
- “Zəfər Günü”nə həsr olunmuş stolüstü tennis üzrə 2010-cu il, daha kiçik təvəllüdlü oğlanlar və qızlar arasında “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları UGİŞM birinciliyi – 14 oktyabr, saat 11:00 (Sumqayıt Bulvarı, “Qarabağ NN” stolüstü tennis bazası);
- Şahmat üzrə tempo turniri – 14 oktyabr, saat 15:00 (“Təhsil” Rİm-in Sumqayıt şəhər 2 nömrəli UGİŞM);
- “Zəfər Günü”nə həsr olunmuş cüdo üzrə 2007-2009-cu il təvəllüdlü oğlanlar və qızlar arasında “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları UGİŞM birinciliyi – 14-15 oktyabr, saat 10:00 (“Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları UGİŞM).

Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi

- "8 Noyabr - Zəfər Günü"nə həsr olunmuş sərbəst güləş üzrə Şirvan Güləş Klubunun açıq birinciliyi - 9 oktyabr, saat 10:00 (Şamaxı rayonu, Şirvan Güləş Klubu);
- Nərd üzrə rayon çempionatı - 10-11 oktyabr, saat 11:00 (Qobustan rayonu, Gənclər Evi);
- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş məktəbli qızlar arasında həndbol üzrə rayon birinciliyi - 11-12 oktyabr, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi);
- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş nərd üzrə rayon çempionatı - 11 oktyabr, saat 15:00 (Ağsu rayon UGİŞM);
- "İdman hamı üçün" layihəsi çərçivəsində "Futbol hamı üçün" devizi altında idman tədbiri - 12 oktyabr, saat 16:00 (İsmayıllı rayonu, Heydər Əliyev adına park);
- Yeniyetmələr arasında minifutbol üzrə rayon birinciliyi - 12-15 oktyabr, saat 15:00 (Qobustan Olimpiya İdman Kompleksi).

Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi

- 2006-2007-ci il təvəllüdlü gənclər arasında boks üzrə Gəncə şəhər birinciliyi - 7-8 oktyabr, saat 12:00 (Gəncə boks zalı);
- 2009-2012-ci il təvəllüdlü oğlanlar arasında basketbol üzrə Gəncə şəhər birinciliyi - 9-13 oktyabr, saat 15:00 (Gəncə Olimpiya İdman Kompleksi);
- "Heydər Əliyev İli" çərçivəsində "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında voleybol üzrə Daşkəsən rayon birinciliyi - 11-13 oktyabr, saat 14:00 (Daşkəsən rayonu, S.Vurğun adına 4 saylı tam orta məktəb).
- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş voleybol üzrə məktəb komandaları arasında rayon birinciliyinin zona mərhələləri - 11-15 oktyabr (Goranboy rayonu, Şəhər 1, Qızılhacılı 2, Quşçular məktəbləri);
- Əməkdar məşqçi Kərim Kərimlinin 65 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə Goranboy rayonunun açıq birinciliyi - 14 oktyabr, saat 10:00 (Goranboy rayonu, Nərimanlı kəndi);
- Şahmat məsələlərinin əyani həlli üzrə UGİM birinciliyi - 13-14 oktyabr, saat 14:00 (Naftalan şəhər stadionu)
- Cüdo üzrə UGİM birinciliyi - 13-14 oktyabr, saat 10:00 (Naftalan şəhər stadionu);
- SSRİ idman ustası və əməkdar məşqçi İsax Cəfərovun xatirəsinə həsr olunmuş 35-ci ənənəvi sərbəst güləş üzrə respublika turniri - 15 oktyabr, saat 10:00 (Gəncə Olimpiya İdman Kompleksi).

Qarabağ Regional Gənclər və İdman İdarəsi

- Kyokuşin kaykan karate üzrə nümunəvi hərəkətlər - 11 oktyabr, saat 15:00 (Ağdam Olimpiya İdman Kompleksi);
- Uşaq və yeniyetmələr arasında şahmat üzrə rayon birinciliyi - 12 oktyabr, saat 15:00 (Füzuli UGİŞM);
- Məktəb şagirdləri arasında atletika üzrə rayon birinciliyi - 12-13 oktyabr, saat 15:00 (Bərdə rayonu, Kələntərli kənd tam orta məktəbi).

Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün" layihəsi çərçivəsində "Karate hamı üçün" idman tədbiri - 9 oktyabr,
saat 16:00 (Qazax rayonu, “Abu-life” İdman Klubu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Boks hamı üçün” idman tədbiri - 11 oktyabr,
saat 15:00 (Qazax rayonu, Boks özəl idman zalı);
- Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş yeniyetmə və gənclər arasında boks üzrə turnir - 13 oktyabr, saat 10:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində “Taekvondonu sevdirək” devizi altında idmançıların nümunəvi çıxışları - 13 oktyabr, saat 14:00 (Ağstafa rayonu, 2 saylı tam orta məktəb);
- “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə Tovuz rayon birinciliyi - 14 oktyabr, saat 10:00 (Tovuz rayonu, A.S.Puşkin adına tam orta məktəb).

Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi

- "Sağlam həyat" layihəsi çərçivəsində badminton üzrə təlim-məşqlər - 10 oktyabr, saat 15:00 (Qusar Olimpiya İdman Kompleksi);
- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş 16-17 yaşlı yeniyetmələr arasında minifutbol üzrə Şabran rayon birinciliyi - 10-12 oktyabr, saat 15:00 (Şabran rayon mərkəzi stadion);
- Dama üzrə Xaçmaz rayon birinciliyi - 11 oktyabr, saat 10:00 (Xaçmaz rayonu, Şahmat məktəbi)
- 2011-2012-ci il təvəllüdlü məktəblilər arasında minifutbol üzrə Xaçmaz rayon birinciliyi - 12-13 oktyabr, saat 10:00 (Xaçmaz rayonu, 6 saylı məktəb);
- Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş voleybol üzrə məktəbli oğlanlar arasında Quba rayon çempionatı -12-13 oktyabr, saat 11:00 (Quba Olimpiya İdman Kompleksi);
- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş 6, 8, 10 və 12 yaşlı uşaq və yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə Şabran rayon birinciliyi - 12-14 oktyabr, saat 15:00 (Şabran rayonu, Ağsaqqallar evi)
- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş boks üzrə 2008-2009-cu və 2010-2011-ci il təvəllüdlü yeniyetmələr arasında Siyəzən rayon birinciliyi - 13-14 oktyabr, saat 15:00 (Siyəzən rayonu, N.Əsədov adına 4 saylı tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə Qusar rayon birinciliyi - 15 oktyabr, saat 10:00 (Qusar rayonu, güləş zalı).

Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi

- “11 Oktyabr – Beynəlxalq Qızlar Günü” münasibətilə məktəbli qızlar arasında minifutbol üzrə turnir - 10 - 11 oktyabr, saat 10:00 (Lənkəran rayonu, 1 saylı tam orta məktəb);
- Yüksək nailiyyətli idmançıların və idman ictimaiyyəti nümayəndələrinin şagirdlərlə maarifləndirici görüşü - 13 oktyabr, saat 10:00 (Lənkəran rayonu, 1 saylı tam orta məktəb);
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş könüllü qızlar arasında voleybol üzrə turnir - 14-15 oktyabr, saat 11:00 (Lənkəran Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində “Mənım sağlam ailəm” devizi altında açıq idman tədbiri - 14 oktyabr, saat 17:00 (Lənkəran rayonu, Z.Əliyeva küçəsi, "Sağlam məhəllə" idman zonası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sağlam həyat tərzinin və idmana marağın artırılması məqsədilə pəhləvanlıq üzrə nümunəvi çıxışlar - 11 sentyabr, saat 18:00 (Astara rayonu, Artupa kəndi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində sağlam həyat tərzinin və idmana marağın artırılması məqsədilə "Armsterlinq hamı üçün" idman tədbiri - 15 sentyabr, saat 18:00 (Astara rayonu, "Zirvə” fitnes zalı);
- “11 Oktyabr – Beynəlxalq Qızlar Günü” münasibətilə məktəbli qızlar arasında voleybol yarışı - 12-13 oktyabr, saat 15:00 (Lerik rayonu, A.Nuriyev adına 1 saylı texniki fənlər təmayüllü lisey);
- "İdman hamı üçün" layihəsi çərçivəsində daş qaldırma üzrə açıq idman tədbiri - 14 oktyabr, saat 15:00 (Lerik rayonu, Heydər Əliyev Meydanı);
- “18 Oktyabr - Müstəqilliyin Bərpası Günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında taekvondo üzrə rayon açıq turniri - 11-12 oktyabr, saat 15:00 (Masallı rayonu, Masallı Regional Taekvondo Mərkəzi);
-"İdman hamı üçün" layihəsi çərçivəsində “Boks hamı üçün” idman tədbiri - 14 oktyabr, saat 15:00 (Masallı rayonu, Masallı Regional Boks Mərkəzinin qarşısı);
- “İdman hamı üçün” lahiyəsi çərçivəsində sərbəst güləş üzrə master-klas - 11 oktyabr, saat 15:30 (Cəlilabad rayonu, Mərkəzi stadion);
- “İdman hamı üçün” lahiyəsi çərçivəsində boks üzrə nümünəvi çıxışları - 13 oktyabr, saat 16:00 (Cəlilabad rayonu, “Əhmədoğlu” futbol kulubu);
- “İdman hamı üçün” layihəsi çərçivəsində "Şahmat hamı üçün" açıq idman tədbiri – 13 oktyabr, saat 12:00 (Yardımlı rayonu, 1 saylı tam orta məktəb).

Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi

- "İdman hamı üçün " layihəsi çərçivəsində uşu üzrə "Xan” Döyüş Klubunun açıq birinciliyi - 8 oktyabr, saat 10:00 (Göyçay rayonu, "Xan" döyüş klubu);
- ''İdman hamı üçün'' layihəsi çərçivəsində boks üzrə açıq şəhər birinciliyi - 9 oktyabr, saat 10:00 (Mingəçevir şəhəri, boks idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 11 oktyabr, saat 10:00 (Zərdab rayonu, Şahmat dama klubu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə nümunəvi çıxışlar - 13 oktyabr, saat 10:00 (Ağdaş Olimpiya İdman Kompleksi);
- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş cüdo üzrə region birinciliyi - 14 oktyabr, saat 9:10 (Yevlax rayonu, UGİŞM).

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi

- MMA üzrə nümunəvi hərəkətlər - 10 oktyabr, saat 14:00 (Sabirabad rayonu, M.Mirzəyev adına idman klubu);
- Kikboksinq üzrə nümunəvi hərəkətlər - 11 oktyabr, saat 11:00 (İmişli Olimpiya İdman Kompleksi);
- Sərbəst güləş üzrə nümunəvi hərəkətlər - 13 oktyabr, saat 16:00 (Saatlı Olimpiya İdman Kompleksi).

Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi

- "Sağlam həyat" devizi altında 9-10-cu sinif şagirdləri arasında idman oyunları -13 oktyabr, saat 10:00 (Qax rayonu, Qum kənd tam orta məktəbi);
- Üzgüçülük üzrə açıq rayon birinciliyi - 14 oktyabr, saat 12:00 (Balakən Olimpiya İdman Kompleksi).

Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsi

- Atletika üzrə oğlanlar və qızlar arasında Laçın rayon birinciliyi - 13 oktyabr, saat 10:00 (Laçın rayonu, Xətai rayonu, 28 saylı Laçın tam orta məktəbi).

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi

- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə məktəbli oğlanlar arasında rayon birinciliyi - 11 oktyabr (Biləsuvar Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində həvəskarlar arasında voleybol üzrə yoldaşlıq görüşü – 13 oktyabr, saat 19:00 (Hacıqabul rayonu, 5 saylı orta məktəb);
- Şəhid İqbal Astanlının xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik – 14-15 oktyabr (Biləsuvar Olimpiya İdman Kompleksi);
- "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü"nə həsr olunmuş kikboksinq üzrə kadetlər, yeniyetmə və gənclər arasında açıq birincilik – 15 oktyabr, saat 10:00 (Salyan rayonu, Kikboksinq idman klubu).

İdman.biz