Azərbaycanın regionları üzrə həftənin idman afişası açıqlanıb.
İdman.biz xəbər verir ki, avqustun 12-18-də müxtəlif idman növləri üzrə yarışlar təşkil olunacaq.
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi
- "İdman hamı üçün" layihəsi çərçivəsində uşu-sanda üzrə idman tədbiri - 13 avqust, saat 16:00 (Qobustan şəhər Şəhid F.Nadirov adına İstirahət Parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində taekvondo üzrə idman tədbiri - 14 avqust, saat 10:00 (Ağsu şəhər 3 nömrəli tam orta məktəb);
- "Sağlam həyat" proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin şagirdləri arasında əyləncəli idman yarışı - 15 avqust, saat 11:00 (İsmayıllı şəhər 3 nömrəli körpələr evi);
- 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə həvəskarlar arasında şahmat turniri - 16 avqust, saat 10:00 (Qobustan Gənclər Evi);
- "İdman hamı üçün" layihəsi çərçivəsində fitnes üzrə idman tədbiri - 16 avqust, saat 11:00 (Şamaxı "Şirvan" Güləş Klubu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə ustad dərsləri - 18 avqust, saat 10:00 (İsmayıllı Olimpiya İdman Kompleksi).
Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi
- 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə yeniyetmələr arasında atletika üzrə Daşkəsən rayon birinciliyi - 12 avqust, saat 11:00 (Daşkəsən şəhər Avtovağzal ərazisi)
- "İdman hamı üçün" layihəsi çərçivəsində boks üzrə məşqçi-müəllim Seymur Adıgözəlov tərəfindən açıq havada keçiriləcək məşq - 12 avqust, saat 16:00 (Naftalan şəhəri, Qələbə Parkı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə idman ustası, məşqçi-müəllim Fuad Əliyev tərəfindən açıq havada keçiriləcək məşq - 14 avqust, saat 16:00 (Naftalan şəhər stadionu);
- "İdman hamı üçün" layihəsi çərçivəsində futbol üzrə məşqçi-müəllim Sərxan Məmmədov tərəfindən açıq havada keçiriləcək məşq - 14 avqust, saat 17:00 (Dəliməmmədli şəhər tam orta məktəb);
- "İdman hamı üçün" layihəsi çərçivəsində gimnastika üzrə məşqçi-müəllim Şəms Soltanova tərəfindən açıq havada məşq - 15 avqust, saat 16:00 (Naftalan şəhər stadionu);
- Yeniyetmə və gənclər arasında cüdo üzrə Goranboy rayon birinciliyi - 15-16 avqust, saat 10:00 (Goranboy Olimpiya İdman Kompleksi);
- "Sensey" kikboksinq klubunun açıq birinciliyi - 17-18 avqust, saat 10:00 (Göygöl rayonu Heydər Əliyev parkı);
- Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 30 illiyinə həsr olunmuş qrapplinq üzrə Gəncə şəhər açıq birinciliyi - 18 avqust, saat 10:00 (Göygöl rayon Heydər Əliyev istirahət parkı).
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi
- Futbol üzrə nümunəvi çıxışlar - 12 avqust, saat 12:00 (Şəmkir Olimpiya İdman Kompleksi);
- 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş nərd üzrə rayon turniri - 12 avqust, saat 11:00 (Tovuz rayonu "Qafqaz" istirahət mərkəzi)
- Boks üzrə nümunəvi çıxışlar - 14 avqust, saat 10:00 (Qazax şəhər Boks məktəbi);
- Ağırlıqqaldırma üzrə nümunəvi çıxışlar - 16 avqust, saat 10:00 (Qazax şəhər Göyəzən klubu);
- Futbol üzrə yeniyetmə və gənclərin nümunəvi çıxışları - 16 avqust, saat 18:00 (Ağstafa şəhər stadionu)
- Yeniyetmə və gənclər arasında 64 xanalı dama üzrə rayon turniri - 16 avqust, saat 15:00 (Gədəbəy rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkı).
Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi
- 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə gənclər arasında 3x3 basketbol idman növü üzrə Siyəzən rayon birinciliyi - 12 avqust, saat 10:00 (Siyəzən şəhər 2 nömrəli tam orta məktəb);
- “Quba - İdman Paytaxtı 2024” çərçivəsində və 12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə gənclər arasında minifutbol idman növü üzrə kütləvi idman tədbiri - 12 avqust, saat 11:00 (Quba rayonu, Timiryazev stadionu);
- MMA üzrə uşaq və yeniyetmələr arasında kütləvi idman tədbiri - 13 avqust, saat 15:30 (Qusar Olimpiya İdman Kompleksi);
- “İdman hamı üçün" layihəsi çərçivəsində sərbəst güləş üzrə kütləvi idman tədbiri - 14 avqust, saat 10:00 (Şabran rayonu, UGİM-in idman zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük üzrə kütləvi idman tədbiri - 16 avqust, saat 10:00 (Quba Olimpiya İdman Kompleksi);
- Futbol üzrə ölkə kuboku və superkubokunun qalibi, Xaçmaz UGİŞM-in futbol üzrə məşqçi-müəllimi Tural Cəlilovun uşaq, yeniyetmə və gənc futbolçular üçün ustad dərsi - 16 avqust, saat 18:00 (Xaçmaz Olimpiya İdman Kompleksi);
- Alpinizm üzrə Qara Bulaqda uşaq turizm düşərgəsi – 16-18 avqust (Şahdağ Milli Parkı).
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi
- Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirovun xatirəsinə həsr olunmuş minifutbol üzrə açıq turniri – 10-20 avqust, saat 19:00 (Astara rayonu, Ümid İdman Kompleksi);
- “İdman hamı üçün” layihəsi çərçivəsində cüdo üzrə nümunəvi idman çıxışları - 14 avqust, saat 15:00 (Masallı rayonu, 2 saylı tam orta məktəbin futbol meydançası);
- 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş gənclər arasında kütləvi açıq idman tədbiri - 14 avqust, saat 14:00 (Yardımlı Olimpiya İdman Kompleksi);
- “Sağlam həyat” layihəsi çərçivəsində açıq idman tədbiri - 15 avqust, saat 11:00 (Astara Olimpiya İdman Kompleksi);
- 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş veloyürüş - 15 avqust, saat 18:00 (Cəlilabad rayonu, 28 May küçəsi);
- 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş gənclər arasında bilyard turniri - 16 avqust, saat 10:00 (Lerik rayonu, Mədəniyyət Evi);
- Azərbaycan Respublikasının 30 illiyinə həsr olunmuş çimərlik voleybolu üzrə rayon turniri - 16-18 avqust, saat 16:00 (Lənkəran rayonu, Xəzər dənizi sahil zonasında “Şirlər” istirahət mərkəzi).
Mərkəzi Aran Regional Gənclər İdman İdarəsi
- Taekvondo üzrə nümunəvi çıxışlar - 13 avqust, saat 10:00 (Ağdaş Peşə Məktəbin İdman zalı);
- Boks üzrə nümunəvi çıxışlar - 13 avqust, saat 19:00 (Mingəçevir şəhər boks zalı);
- Futbol üzrə nümunəvi çıxışlar - 16 avqust, saat 9:30 ( Zərdab rayonu, 3 saylı tam orta məktəbin stadionu).
Mil-Muğan Regional Gənclər və İdman İdarəsi
- Beynəlxalq Gənclər Gününə həsr olunmuş dama üzrə Sabirabad rayon birinciliyi - 12 avqust, saat 15:00 (Sabirabad Gənclər Evi);
- Beynəlxalq Gənclər Gününə həsr olunmuş gənclər arasında nərd üzrə Saatlı rayon turniri - 16 avqust, saat 16:00 (Saatlı Gənclər Evi).
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
- Həvəskarlar arasında minifutbol üzrə rayon birinciliyi - 1-20 avqust, saat 19:00 (Zaqatala rayonu Tala Qala İstirahət Mərkəzi);
- Şahmat üzrə 16 yaşlılar arasında Respublika Uşaq Olimpiadası (şəxsi-komanda) – 5-15 avqust (Qax);
- Həvəskarlar arasında futbol üzrə məhəllə birinciliyi - 10-29 avqust, saat 18:00 (Qax rayonu Qaxbaş stadionu);
- Yeniyetmələr arasında üzgüçülük üzrə rayon birinciliyi - 13 avqust, saat 11:00 (Qax rayonu Olimpiya İdman Kompleksi);
- Həvəskarlar arasında qol güləşi üzrə rayon birinciliyi - 15 avqust, saat 16:00 (Zaqatala rayonu Fitnes zalı);
- "İdman hamı üçün" layihəsi çərçivəsində cüdo üzrə nümunəvi çıxışlar - 16 avqust, saat 16:00 (Qəbələ İdman Kulubu);
- Yeniyetmə və gənclər arasında sərbəst güləş üzrə rayon birinciliyi - 16 avqust, saat 16:00 (Şəki Güləş Klubu).
Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsi
- 6 yaş və daha kiçik uşaqlar arasında “Sağlam həyat” proqramı çərçivəsində atletika və gimnastika üzrə yarışlar – 13 avqust, saat 11:00 (Neftçala şəhər 5 saylı körpələr evi-uşaq bağçası);
- 6 yaş və daha kiçik uşaqlar üçün “Sağlam həyat” proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin oğlan şagirdləri arasında atletika və gimnastika idman növləri üzrə yarış – 14 avqust, saat 10:00 (Salyan şəhər Vüqar Hüseynov adına 3 saylı uşaq bağçası);
- Sərbəst güləş üzrə nümunəvi çıxışlar - 14 avqust, saat 11:00 (Biləsuvar Şəhər Mərkəzi Parkı);
- “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş və yunan-Roma güləşi idman növləri üzrə nümunəvi çıxışlar – 15-16 avqust, saat 16:00 (Neftçala Olimpiya İdman Kompleksi);
- 6 yaş və daha kiçik uşaqlar üçün “Sağlam həyat” proqramı çərçivəsində məktəbəqədər təhsil müəssisəsinin qız şagirdləri arasında atletika və gimnastika idman növləri üzrə yarış – 15 avqust, saat 10:00 (Salyan şəhər Vüqar Hüseynov adına 3 saylı uşaq bağçası);
- "İdman hamı üçün" layihəsi çərçivəsində yunan-Roma güləşi üzrə nümunəvi çıxışlar - 18 avqust, saat 10:00 (Hacıqabul rayon Heydər Əliyev adına park);
- Yeniyetmələr arasında üzgüçülük üzrə Salyan rayon birinciliyi - 16 avqust, saat 15:00 (Salyan Olimpiya İdman Kompleksi).
İdman.biz