GİN-də illik tədbirlər planı müzakirə olunub - FOTO

Xəbərlər
30 Sentyabr 2023 10:58
357
GİN-də illik tədbirlər planı müzakirə olunub - FOTO

Sentyabrın 29-da gənclər və idman nazirinin müavini Mariana Vasileva, nazirliyin Aparat rəhbəri Amin Xudiyev və nazirliyin regional gənclər və idman idarələrinin rəislərinin iştirakı ilə görüş keçirilib.

İdman.biz xəbər verir ki, Görüşdə illik tədbirlər planı haqqında məlumat verilib. Həmçinin ölkə yarışlarının keçirilmə qaydalarıyla bağlı reqlament və idarələrin təklifləri dinlənilib.

Tibbi Bədən Tərbiyəsi Dispanserlərinin fəaliyyətləri, idman məktəblərində idman növləri üzrə 2023-2024 tədris illərində yeni normativlərin tətbiqi və digər məsələlər müzakirə olunub.

İdman.biz