Gənclər və İdman Nazirliyi “Sağlam həyat" günləri təşkil edəcək

Xəbərlər
30 İyul 2024 15:19
448
Gənclər və İdman Nazirliyi “Sağlam həyat" günləri təşkil edəcək

Gənclər və İdman Nazirliyi iyulun 31-də “Sağlam həyat" günləri təşkil edəcək.

İdman.biz xəbər verir ki, Bakıda "Amburan Beach Club"da təşkil olunacaq tədbirdə müxtəlif idman növləri üzrə normativləri yerinə yetirən iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

Tədbir saat 11:00-dan 17:00-dək davam edəcək. Tədbirə qoşulmaq üçün öncədən qeydiyyat tələb olunmur və hər kəs “Sağlam həyat" günlərinə qoşula bilər.

İdman.biz