Şahmat turnirinin qalibləri bəlli olub - FOTO

Xəbərlər
26 May 2024 23:54
163
Şahmat turnirinin qalibləri bəlli olub - FOTO

Mayın 26-da dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.

İdman.biz xəbər verir ki, turnir Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə təşkil olunub.Yarışda 31 dövlət qurumundan 67 əməkdaş (56 kişi, 11 qadın) iştirak edib.

Yekun nəticələrə görə, kişilər arasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Anar Rəsulov birinci olub. Rauf Rzayev (Energetika Nazirliyi) yarışı ikinci, Elnur Mehtiyev (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) isə üçüncü pillədə başa vurublar.

Qadınlar arasında Fidan Ağasıyeva (AZAL), İzzət Rəhimli (Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), Ülkər Maqsudova (SOCAR) fərqləniblər.

İdman.biz