Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib - FOTO

Xəbərlər
23 May 2024 23:47
205
Birinci vitse-prezident Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevi təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində cüdoçu Zelim Kotsoyev dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanması münasibətilə təbrik edib.

İdman.biz xəbər verir ki, paylaşımda deyilir:

"İdmançımız Zelim Kotsoyev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında Azərbaycana növbəti – 2-ci qızıl medalı qazandırdı! Dünya çempionunu səmimi-qəlbdən təbrik edir, ona güc, enerji, yeni-yeni nailiyyətlər və qələbələr arzulayıram!".

İdman.biz