Fərid Qayıbov TBMM-in nümayəndə heyəti ilə görüşüb - FOTO

Xəbərlər
23 May 2024 21:14
98
Fərid Qayıbov TBMM-in nümayəndə heyəti ilə görüşüb - FOTO

Mayın 23-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmud Özer və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İdman.biz xəbər verir ki, görüş zamanı iki ölkə arasında gənclər və idman sahəsində aparılan əməkdaşlığın yüksək səviyyədə olduğu barədə məlumat verilib.

Səmimi qəbula görə təşəkkür edən qonaq bu əməkdaşlığın dayanıqlı olması üçün Türkiyə Böyük Millət Məclisinin dəstəyinin əsirgənməyəcəyini bildirib. Əlaqələrin davamlı olması üçün gənclərin mübadilə proqramları, Texnofest tipli geniş miqyaslı tədbirlərin təşkili ilə yanaşı, qarşılıqlı idman yarışlarının işğaldan azad edilmiş ərazilərdə təşkilinin vacib olduğu vurğulanıb.

Görüşdə TBMM üzvləri Nazım Maviş, Mehmet Emin Öz, Nurten Yontar, Şenol Sunat, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Cahit Bağçı, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov və Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova iştirak ediblər.

İdman.biz