“Quba Open”in mükafatçıları müəyyənləşib - FOTO

Xəbərlər
21 May 2024 14:55
142
“Quba Open”in mükafatçıları müəyyənləşib - FOTO

Bilyard üzrə "Quba Open" turniri keçirilib.

İdman.biz xəbər verir ki, yarış Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Bilyard Federasiyasının dəstəyi ilə təşkil olunub.

Yarışda 30-dan çox idmançı iştirak edib. Orxan Hacıyev turnirin qalibi adını qazanıb. İkinci yeri Nicat Talıbov tutub. Rza Məlikov və Anar Ramazanov turniri 3-cü yerdə başa vurublar.

Qeyd edək ki, yarış Quba Olimpiya İdman Kompleksində keçirilib.

İdman.biz