Azərbaycanın “LANDAU Lions” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu komanda G qrupundakı ilk matçında İsveçrənin “Lions de Geneve” klubunu qəbul edəcək.
Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “LANDAU Lions” qrup mərhələsində Slovakiyanın “Prievidza”, Danimarkanın “Bakken Birs”, Türkiyənin “Dənizli Basket” və Portuqaliyanın “Benfika” komandaları ilə də qarşılaşacaq. Azərbaycan təmsilçisi növbəti oyununu oktyabrın 13-də səfərdə “Prievidza”ya qarşı keçirəcək.
